Avtomobil tualetdən daha çirklidir

Avtomobil tualetdən daha çirklidir
İngilis alimlərinin araşdırması sübut edib ki, avtomobil sükanındakı bakteriya və çirk ictimai tualetdəkindən çoxdur. SİA-nın Rusiya mənblərinə istinadən verdiyi xəbərə görə, aradırma zamanı sükanın 1 kvadrat santimetrlik hissəsində 700 növədək bakteriya olduğu aşkarlanıb. Lakin ictimai tualetlərdə onların sayı 80-dir. Maşının ən çirkli yeri isə yük yeridir. Orada minədək bakteriya növünə rast gəlinir.
Tədqiqatçılar bildirir ki, bu, əksər sürücülərin maşının salonunu nadir hallarda təmizləməsilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə