Sağlam qidalanmaq qaydalarının ən birinci tələbi spirtli içkilərdən uzaq olmaqdır. Yalnız bundan sonra digər qaydalar haqqında danışmağa dəyər. SİA sağlam qidalanmağın 10 sirrini təqdim edir:
1. Hər gün 3 litr çiy su içməyə vərdiş edin. Ay yarım müddətində hər yarım saatdan bir 30 q çiy su için.
2. Heç vaxt canınız ağrıyarkən, zehni və fiziki halsızlıq şəraitində, yorğun halda,qızdırmalı halda qida qəbul etməyin.
3. Yalnız aclıq hiss etdiyinizdə yeyin. Yeməyə 10-15 dəq qalmış 200 q çiy su için.
4. Yemək vaxtı su içməyin.Çünki su 10 dəq sonra mədəni tərk edir,özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Bu da həzmolmanı pozur. Suyu və şirəni tüpürcəklə islatmaq üçün onları qurtum-qurtum,ağızda saxlaya-saxlaya için. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək faydalıdır.
5. Soyuq içkiləri içmək və soyuq xörəkləri yemək mədədə enzimlərin (həzmolma şirələrin) fəaliyyətini dondurur. Mədə normal hərarətə çatana qədər enzim ifraz etmir və nəticədə zədələnir. Dondurma yemək mədənin zərif toxuması üzərinə buz parçası qoymaq kimi bir şeydir.
6. Çox isti çay içmək və çox isti xörək yemək də enzimlərin ifrazını dayandırır və mədənin zədələnməsinə səbəb olur.
7. Purin maddələri və alloksur əsasları (kofe, çay, şokolad, kakao, ekstraktiv ət bulyonları, hisə verilmiş ətlər) olan qidalar toksik təsirə malikdir, bədəndə yüksək dərəcədə sidik turşusu yaradırlar. Rafinləşdirilmiş şəkərdən imtina edin. Pulunuzu bala, qurudulmuş meyvələrə, şirin meyvələrə verin.
8. Əsasən, çiy və təbii qidaları (tərəvəz, meyvə, tumlar, qoz, fındıq, püstə, badam və.s.) yeyin.
9. Xörəkləri qarışdırmayın. Qidalar qarışanda bir qida növü həzm olunur, digərləri isə həzm olunmur, çürüyür, o birilərini də çürüdür. Yaxşı olar ki, səhər nişasta, günorta zülal, axşam kəsmik, yaxud yumurta yeyəsiniz.
10. Səhər yeməyini şirəli meyvələrdən başlayın. 2-3 qoz əlavə etmək yerinə düşər. Meyvəni çiy,qabıqlı və tumları ilə bərabər yemək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB