2015-ci ilə kimi 50 Qbit/s sürətli məlumat ötürülmə interfeysi buraxılacaq
İntel korporasiyası saniyədə 50 qiqabitədək sürətli simli rabitə texnologiyası üzərində işləyir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2015-ci ildə istismara buraxılacağı gözlənilən yeni interfeys USB və Thunderbolt müasir məlumat mübadiləsi standartlarını əvəz etməlidir.
Hələ ki, heç bir ad verilməyən texnologiya Thunderbolt interfeysindən təxminən beş dəfə, USB 3.0-dan isə 10 dəfə sürətli olacaq.
Tərtibatçılarının sözlərinə görə, sözügedən layihənin əsasında silisium komponentlərini optik şəbəkələrlə inteqrasiya etmək imkanı verən silisium fotonika metodu durur. Texnologiya vasitəsilə kompüterləri, smartfonları, planşetləri və xarici toplayıcıları simli rabitə ilə təmin etmək mümkün olacaq. Bu cür kabelin maksimal uzunluğu 100 metrədək olmalıdır. Bundan əlavə hazırlanma nöqteyi-nəzərdən yüksək sürtəli interfeys baha başa gəlməyəcək, çünki onun işlənib hazırlanması zamanı silisiumun tətbiqi üzrə artıq mövcud metodlardan istifadə ediləcək.
Xatırladaq ki, həmçinin Intel korporasiyası tərəfindən işlənib hazırlanan Thunderbolt texnologiyası 2011-ci ilin fevral ayında təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB