Şəhərdə yaşayan qadınlar tez qocalır

Şəhərdə yaşayan qadınlar tez qocalır
Şəhərdə yaşayan qadınlar kənddə yaşayan və eyni yaşda olan qadınlarla müqayisədə daha tez qocalır. SİA-nın Milli.az-a istinadən verdiyi xəbərə görə, amerikalı alim Frensis Qo yaşıllığın insan orqanizminə bir sıra təsirlərinin olduğunu bildirir. Yaşıllıqda vaxtını daha çox keçirən insanlar özünü daha yaxşı hiss edir, üstəlik, onlarda xəstəliklərə və stresə qarşı imunitet daha güclü olur. Bu, xüsusilə qadınlara aiddir.

Statistika göstərir ki, şəhərdə yaşayan xanımların əksəriyyəti kəndli həmyaşıdlarının yanında daha yaşlı görünür. Belə qadınların zehni bacarığı da "sıxılır" və 40 yaşdan sonra zəifləməyə başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə