Microsoft-un mənfəəti 30 faiz artıb

Microsoft-un mənfəəti 30 faiz artıb
Dünyanın ən iri proqram təminatı istehsalçısı olan Microsoft korporasiyasının cari ilin III rübündə əldə etdiyi təmiz mənfəət bir il əvvəlki göstərici ilə müqayisədə 30 faiz artaraq 5,23 milyard dollar təşkil edib. SİA-nın məlumatına görə, ötən il korporasiyanın ötənilki göstəricisi 4 milyard dollar olub.

Sözügedən müddətdə şirkətin mədaxili 2009-2010 maliyyə ilinin III rübündə əldə olunmuş 14,5 milyard dollara nisbətən 13 faiz artaraq 16,4 milyard dollar olub. Korporasiyanın əməliyyat mənfəəti isə 5,7 milyard dollara bərabər olub ki, bu ötən ilin həmin dövründə əldə olunmuş müvafiq göstərici ilə müqayisədə 10 faiz artıqdır.

Qeyd edək ki, cari rübün yekunları üzrə Apple şirkəti mənfəət göstəriciləri baxımdan bazardakı əsas rəqibi olan Microsoft korporasiyasını ilk dəfə geridə qoya bilib. Belə ki, iPhone istehsalçısının təmiz mənfəəti demək olar ki, iki dəfə artaraq 5,99 milyard dollar təşkil edib. Bu zaman qeyd etdiyimiz kimi Microsoft-un bu göstəricisi 5,23 milyard dollara bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə