Microsoft il yarım ərzində 350 milyondan artıq Windows 7 lisenziyası satıb

Microsoft il yarım ərzində 350 milyondan artıq Windows 7 lisenziyası satıb
Microsoft korporasiyasının istehsalı olan Windows 7 əməliyyat sistemi personal kompüterlər üçün ən sürətlə satılan proqram platforması olub. SİA-nın məlumatına görə, Windows 7-nin 2009-cu ilin oktyabr ayında təqdim olunmasından sonrakı il yarım ərzində bu platformanın əldə olunmasına dair 350 milyondan artıq lisenziya satılıb.

Net Applications analitik şirkətinin hesablamalarına görə, hazırda Windows 7-nin bazarda payı 24,2 faiz təşkil edir. Bununla belə populyarlığa görə, bu əməliyyat sistemi hələ ki, sahənin 54,4 faizinə nəzarət edən Windows ХР platformasından xeyli geridədir.

Hazırda isə Microsoft şirkəti Windows 8 əməliyyat sistemi üzərində işləyir ki, bu platformanın gələn ilin ikinci yarısında 7-ci versiyanı əvəz edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə