Fransalı kinoloqlar itlərin koronavirusu iyə görə müəyyən edə bilməsi üzərində işləyirlər

Fransanın Korsika adası ərazisində kinoloqlar və veterinarlar itlərin koronavirusa yoluxmuş insanı iyləməklə aşkar edə bilməsi üzərində təcrübələr aprarırlar.

SİA xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Bildirilir ki, layihəyə Fransa Milli Veterinariya Məktəbindən professor Dominik Qranjan rəhbərlik edir.

Təcrübənin məqsədi virusa yoluxmuş insanlarda xüsusi iylərin olub-olmadığını müəyyən etməkdir. Fərziyə özünü doğrultsa, itlər koronaviruslu xəstələrin aşkar edilməsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə