Milyonçu Rinat Axmetov Britaniyada ən bahalı evə 222 milyon dollar nəğd pul verib. SİA-nın Forbes jurnalına istinadən verdiyi xəbərə görə, Ukraynanın ən varlı adamı Rinat Axmetov Londonun mərkəzindəki evin Hyde-Park mənzərəli talvarını başa çatdırmaq üçün 100 milyon dollar xərcləmək niyyətindədir. Ukraynalı milyarder dəbdəbəli One Hyde Park kompleksində iki möhtəşəm ev alaraq onları birləşdirib.
Mənzillin ümumi sahəsi 2 min 200 kvadrat metrdir. Mənzil yaşayış kompleksinin 3 mərtəbəsini əhatə edir. One Hyde Park yaşayış kompleksi dünyada ən bahalı yaşayış kompleksi sayılır. Yaşayış kompleksinin ərazisində xüsusi kinoteatr, 21 metrlik ozonlu hovuz, sauna, idman zalı, istirahət zalı, qolf oynamaq üçün yer, kitabxana, şərab zirzəmiləri, maşın dayanacağı var. Hazırda ödənilən məbləğ Britaniyada indiyə qədər mənzil üçün ödənilən ən böyük məbləğdir.
Qeyd edək ki, Manxettonda buna oxşar Mərkəzi parkın mənzərəsi ilə olan evlər 50 milyon dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB