Neymarın anasının 23 yaşlı sevgilisi

PSJ-nin hücumçusu Neymarın anası Nadin Qonsalvesin həyatında yeni dönəm başlayıb.

SİA xəbər verir ki, qadın özünün İnstaqram səhifəsində sevgilisi ilə şəkil paylaşaraq bu sözləri yazıb: “İzaholunmaz anları izah etmək mümkün deyil”.

Neymar isə şəklə belə bir şərhi yazıb: “Xoşbəxt ol, ana. Səni sevirəm”.

“UOL Esporte”nin yaydığı xəbərə görə, Neymarın anasının yeni sevgilsi 23 yaşlı model və kiberidmançı Tyaqo Ramosdur. 28 yaşlı futbolçunun yaxın ətrafı Nadinin Ramosla görüşdüyünü təsdiqləyib. Bildirilir ki, Neymarın anasının sevgilisi ilə yaxşı münasibəti var.

Cütlüyün ailə həyatı qura biləcəyi də bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...