İsveçrədəki böhrandan çıxış yolu: "Lüks karantin evləri"

Koronavirusun yayılması qonaqlama və turizm sektoruna zərbə vurduğu bir vaxtda, İsveçrədəki bir firma lüks karantin xidməti təklif etməklə böhrandan çıxış yolu tapıb. SİA bunu xarici mətbuata istinadən xəbər verir.

Epidemiyadan qorunmaq üçün evdə qalan zənginlər üçün lüks xidmət paketi. Paketdə market alış-verişindən həkim nəzarətinə, otaqdakı virus testindən idman obyektlərinə qədər bir çox xidmətlər var.

Mənzil xidmətləri göstərən Le Bijou şirkəti Covid-19 böhranını fürsətə çevirməyi planlaşdırır. Şirkətin təsisçisi və böyük meneceri Aleksander Habner bu xidmətin çox mənalı olduğunu düşünür.

42 mənzille xidmət göstərən şirkət, fevral ayının sonunda rezervasiyaların xeyli azaldığını görüb. Bu dövrdə virus İtaliyada sürətlə yayılması ilə Covid-19 hadisələri İsveçrədə də görünməyə başlanıb.

Bu vaxt Habner bəzi müştərilərin 2-3 həftəlik uzun bir rezervasiyalar etmək üçün müraciət etdiyini görüb. Bu olduqca qeyri-adi idi. Müştərilərdən həkim xidməti olub-olmadığını soruşanlar da olub. Bu vəziyyəti görən şirkət karantin mənzillərinin lazım olduğunu düşünüb. Bunu fürsətə çevirmək üçün lüks karantin xidməti təqdim etməyə başlayıb.
İnsanlar təcriddə qaldıqda ehtiyaclarının qarşılanacağı bir xidmətə maraq göstərməyə başlayıblar. Mənzildə heç kimlə əlaqə saxlamasa da, istəkləri, xüsusən də yemək və sağlamlığı təmin edilə bilər. Aleksander Habner "İsveçrədəsinizsə və özünüzü karantin etmək istəyirsinizsə, bu tapa biləcəyiniz ən yaxşı təklifdir" deyir.



Gündəlik yaşayış haqqı

Ancaq bu xidmət heç də ucuz deyil. Şirkət gündəlik yaşayış haqqını 900 avroya (min İsveçrə frankı) qədər artırıb. Burada həkim və tibb bacısı xidmətləri də mövcuddur. Ancaq bunun üçün gecəsi 1min 800 manatdan çox pul ödəməlisən. Lüks karantin xidmətində Covid-19 sınağının olması da mümkündür.
Habnerin sözlərinə görə, mənzillər yüzdə 70 nisbətində artıq rezerv olunub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə