Çay ağacının möcüzəsi

Böyük Britaniyanın Kardiff Universitetinin alimləri hesab edirlər ki, manuka çay ağacının balı insanları bakterial infeksiyalardan qoruya, hətta antibiotiklərin öhdəsindən gələ bilmədiyi stafilokok bakteriyalarını effektiv məhv edə bilir.

SİA-nın xəbərinə görə, laboratoriya tədqiqatları ilə müəyyən edilib ki, manuka balı dəridə bakteriyaların əmələ gəlməsinin və çoxalmasının qarşısını alır. Ekzotik balı Yeni Zelandiya və Avstraliyada bitən və daha çox çay ağacı kimi tanınan manuka ağacından şirə toplayan arılar hasil edir.

Çay ağacı yağının antibakterial xassələri lap qədimlərdən məlumdur. Alimlərin qənaətinə görə, manuka balı, həmçinin, dezinfeksiya xüsusiyyətlərinə malikdir.
Professor Rouz Kuperin fikrincə antibiotiklər manuka balı ilə birlikdə daha səmərəli təsir göstərə bilər. Məsələn, manuka balını yaraya çəkmək olar. Həkimlər mədə iltihabından, dəri infeksiyalarından əziyyət çəkən insanlara bal tövsiyə edirlər. Balın potensialı o qədər böyükdür ki, hazırda sterilizasiyada istifadə olunan vasitələrin böyük əksəriyyətini onunla əvəz etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə