"Heç vaxt dünyanın ən xəstə ölkəsi olacağımızı düşünməmişdim" - Scott Burns

Təxminən 9 il əvvəl yayımlanan "Epidemiya" filminin ssenari müəllifi Scott Z.Burns "Dünyanın ən varlı ölkəsinin (ABŞ) ən pis xəstə ölkə olacağını əvvəlcədən təsəvvür edə bilməzdim" deyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

CNN televiziyasında Anderson Cooperlə söhbətində Scott Burns koronavirusun yayılması barədə düşündükləri barədə danışıb.

ABŞ prezidenti Donald Trampı epidemiyaya qarşı ehtiyat tədbirləri məsələsində tənqid edən Burns “Bu ölkənin başçısının epidemiya üçün “fırıldaqçılıq” deyəcəyini əsla gözləməzdim” deyib.

2011-ci ildə çəkilən Epidemiya (Contagion) filmi ölümcül koronavirus epidemiyasının yayılmasından sonra Warner Bros kataloqundakı ən çox axtarılan ikinci film olub. “Epidemiya” filmi üçün araşdırmalara başladığında ABŞ-da Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinə getdiyini söyləyən Burns "Hətta o zaman da görünürdü ki, oradakı mütəxəssislər çox məlumatlı və çox yaxşı hazırlaşıblar" deyə bildirib.

Scott Burns dünyada yoluxma sayının ən çox görüldüyü ölkə olan ABŞ-ın 3 ayda bu nöqtəyə çatacağına inana bilmədiyini deyib: "Mən bu filmi hazırlayarkən mütəxəssislərlə danışanda heç düşünmədim ki, dünyanın ən varlı ölkəsi üç ayda dünyanın ən xəstə ölkəsinə çevriləcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...