Dünyada koronavirusa yoluxmuş BMT işçilərinin sayı 111 nəfərə çatıb

Dünyada koronavirusa yoluxmuş Birləşmiş Millətlər Təşkilatı (BMT) işçilərinin sayı 111 nəfərə çatıb, onlardan 23-ü ABŞ-da çalışır, daha bir işçi isə virusdan ölüb.

SİA “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

“Dünyadakı BMT işçiləri arasında təsdiqlənmiş 111 yoluxma faktımız var. Mən yalnız bir ölüm haqqında məlumatlıyam”, - Düjarrik belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...