Paltardakı coronavirus necə məhv edilməli

Elm adamları paltardakı coronavirusun necə məhv ediləcəyini söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bildirib.

Mütəxəssislər, koronavirusdan xilas olmaq üçün paltarları necə düzgün bir şəkildə təmizləmək lazım olduğunu düşünüblər. Beləliklə, nəticəyə gəliblər ki, paltarların bir saat yarım müddətində yuyucu toz ilə 60 ° C-də yuyulması SARS-Cov-2 virusunun aktivliyini yox etmək üçün kifayətdir. Bildirilir ki, bu üsul spirt emalından fərqli olaraq parçaya zərər vermir.

ABŞ Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, koronavirus müxtəlif səthlərdə, o cümlədən plastik və paslanmayan polad üzərində bir neçə günə qədər yaşaya bilir. Buna görə də patogen COVID-19 ilə qarşılıqlı təmas qurarkən geyimdə və ayaqqabıda həmin virus qalır və infeksiya mənbəyinə çevrilir.

Qeyd olunur ki, evə qayıtdıqdan sonra paketdə olmaq şərti ilə paltarları paltaryuyan maşına aparmaq lazımdır. Əgər bəzi isti geyim əşyalarını termik emal etmək mümkün deyilsə, onları iki-üç həftə bağlı bir torbada saxlamaq lazımdır və yalnız bundan sonra virus özü məhv olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə