Microsoft Internet Explorer brauzerinin 10-cu versiyası üzərində işə başlanılıb
Microsoft korporasiyası bu günlərdə Las-Veqasda (Nevada, ABŞ) keçirilən MIX11 konfransı çərçivəsində Internet Explorer brauzerinin 10-cu versiyası üzərində işlərin başlanması barədə elan verib. SİA-nın məlumatına görə, IE 10-nun işlənib hazırlanmasına artıq üç həftədir, yəni brauzerin 9-cu versiyasının buraxılmasından demək olar ki, dərhal sonra start verilib.
Artıq testerlər üçün internet-brauzerin ilkin versiyası hazırdır. Internet Explorer tərtibatçılar qrupunun baş meneceri Din Xaçamoviçin sözlərinə görə, 10-cu versiyanın yaradılması zamanı əsas diqqət HTML5 və digər müasir standartların maksimal səviyyədə dəstəklənməsinin təmin olunmasına yetiriləcək.
Internet Explorer 10-un kodu təqribən hər 12 həftədən bir yenilənəcək. Çox güman ki, brauzerin final versiyası Windows 8 əməliyyat sistemi ilə təxminən eyni vaxtda təqdim olunacaq.
Qeyd edək ki, sonuncunun 2012-ci ilin ikinci yarısında buraxılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB