Məşhur qapıçı ölkəsinə qayıtmaq üçün 200 min dollar pul xərcləyib

PSJ-nin qapıçısı Keylor Navas ölkəsi Kosta-Rikaya qayıtmaq üçün böyük məbləğdə pul xərcləyib.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbiylə Fransada karantində olan qapıçı, ailəsinin yanında olmaq üçün ölkəsinə qayıdıb.

Məlumata görə, Navas martın 27-də şəxsi təyyarə ilə Fransadan ayrılıb. Bunun üçün o, 200 min dollar pul ödəyib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Liqa 1 təxirə salınıb və komandalar karantinə alınıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə