İsveçdə koronavirus səbəbindən1,7 milyon vətəndaş işini itirə bilər

İsveçdə koronavirusa səbəbindən yaranan böhran nəticəsində 1,7 milyon vətəndaş işini itirə bilər.

SİA İsveç KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin Maliyyə naziri Maqdalena Andersson bildirib.

Nazirin sözlərinə görə, yaranmış böhran İsveç hökumətini mövcud vəziyyətə uyğun olaraq büdcədə dəyişiklər etməyə və qəti addımlar atmağa vadar edir. Belə ki, böhranın İsveç iqtisadiyyatına təsirini azaltmaq üçün əvvəlcədən atılmış addımlarla yanaşı, əlavə tədbirlər planı da hazırlanıb.

İsveç Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, son iki həftə ərzində ölkədə rekord sayda insan işdən çıxarılıb. Qurumun məlumatına əsasən, bu, ölkənin son maliyyə böhranı zamanı üzləşdiyi problemin miqyasından bir neçə dəfə çoxdur. Dövlət Məşğulluq Xidməti iddia edir ki, bu ilin martında ölkədə 18 min 397 nəfər işdən çıxarılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 5 dəfə çoxdur.

Maliyyə naziri Maqdalena Andersson yaranmış vəziyyətin Krallığın müasir tarixdə qarşılaşdığı ən dərin böhran olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə