Moskvada binanın 9-cu mərtəbəsindən yıxılan qadın kondisionerdən asılı vəziyyətdə qalıb

Moskvada Kiyev şosesində yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan qadın divara bərkidilmiş kondisionerdən asılı vəziyyətdə qalıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskva Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsinin mətbuat xidməti məlumat yayaıb.

Bildirilib ki, yanğınsöndürmə və xilasetmə dəstəsinin əməkdaşları tərəfindən qadın xilas edilərək xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə