ABŞ-dakı Ratqers Universitetinin alimləri, istixana qazları emissiyalarının gündəlik səviyyəsini nəzərə alaraq, artıq istilik və rütubət səbəbindən yaranan stressin təxminən 1,2 milyard insana təsir edəcəyini proqnozlaşdırırlar. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Phys.org məlumat yayıb.
Məlumata görə, mütəxəssislər planetin getdikcə daha çox bölgəsinin həddindən artıq istilərlə üzləşəcəyini müəyyənləşdiriblər və təyin ediblər ki, yerdəki havanın orta temperaturu 3 dərəcə artarsa, hansıki, bu 2100-cü ilə qədər gözlənilir, bu zaman təxminən 2,1 milyard insan həddindən artıq istinin təsirini görəcəklər.
Qeyd edək ki, planetin artıq XIX əsrin sonlarından bu vaxtadək 1,2 dərəcə istiləşdiyi bildirilir. Elm adamları, qlobal istiliyin həddindən 1,5 dərəcə artması əlavə yarım milyard insana təsir edəcəyini söyləyirlər.
Bir az əvvəl qeyd edilirdi ki, Rusiya sakinlərinin yarıdan çoxu qlobal istiləşməni ciddi bir problem hesab edirlər, lakin alternativ enerji mənbələri və ya enerjiyə qənaət edən texnologiyalar üçün əlavə pul ödəməyə hazır deyillər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB