İtaliyanın “Sampdoriya” klubunun daha dörd futbolçusu koronavirusa yoluxub
İtaliyanın "Sampdoriya" klubunun daha dörd futbolçusu koronavirusa yoluxub.
SİA klubun saytına istinadən xəbər verir ki, bunlar müdafiəçi Omar Kolli, yarımmüdafiəçi Albin Ekdal, cinah oyunçusu Morten Torsbi, eləcə də hücumçu Antonio La Quminadı. Onların hamısından götürülmüş test müsbət nəticə verib. Bundan başqa, komandanın həkimi Amedeo Baldaridə də koronavirus aşkarlanıb.
Xatırladaq ki, daha öncə "Sampdoriya"nın digər hücumçusu Manolo Qabbiadini də koronavirusa yoluxmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB