Türkiyəli nazir: "Ankarada Səhiyyə Texnologiyaları Parkı qurulacaq"

Ankarada Səhiyyə Texnologiyaları Parkı qurulacaq. Bu sahədə Türkiyənin Səhiyyə Nazirliyi ilə Sənaye və Texnologiyalar Nazirliyi birgə fəaliyyətə başlayıblar.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank məlumat verib. Nazir bildirib ki, məqsəd Türkiyə paytaxtını səhiyyə texnologiyaları şəhərlərindən birinə çevirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə