Qəhvə yaradıcı təfəkkürə mənfi təsir göstərir?

Aparılan araşdırma zamanı məlum olub ki, bir fincan qəhvə gündəlik tapşırıqları həll etməkdə səmərəliliyi artıra bilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kofein mərkəzi sinir sisteminin stimullaşdırıcılarından biridir. Əvvəlki tədqiqatlar da təsdiq edib ki, kofein qəbulu insanın əhval-ruhiyyəsinə və konsentrasiyasına təsir göstərir.

Lakin mütəxəssislər bu dəfə kofein təsirinin yaradıcı problemlərin həllinə təsirini sınamaq qərarına gəliblər. Təcrübə qəhvə istehlak edən 88 könüllü ilə aparılıb. Təcrübədən əvvəl iştirakçılardan kofeinli içkilər və ya tərkibində kefein olan məhsullar qəbul etməmək tələb olunub. Eksperiment iştirakçıları iki bərabər qrupa ayrılıb. İştirakçıların yarısı 200 mq kofein olan, yarısı isə tərkibində aktiv maddələr olmayan bir tablet qəbul ediblər. Daha sonra könüllülərin idrak qabiliyyətlərini qiymətləndirmək üçün bir neçə test keçirilib və nəticə etibarı ilə hər iki qrup ayrı-ayrılıqda yaradıcı təfəkkürə yönəlmiş vəzifələri eyni dərəcədə effektiv həll edə biliblər. Məlum olub ki, kofein qəbulu yaddaş funksiyasına mənfi təsir göstərmir, əksinə kofein tərkibli həb qəbul edən bir qrup iştirakçı, konservativ düşüncə problemlərini həll etməkdə daha yaxşı nəticələr göstəriblər. Aparılan tədqiqat qəhvənin yaradıcı düşünmək qabiliyyətinə mənfi təsir göstərmədiyini də müəyyənləşdirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə