Müasir tibb revmatizm xəstəliyi ilə mübarizə aparmaq üçün antibiotiklərin istifadəsini təklif edir. Lakin bəzi insanlar bu üsuldan istifadə edə bilməzlər, üstəlik, heç kim revmatizmdən tam qurtula bilməyib.
Bu xəstəliklə müəlicədə əsrlər boyu xalq təbabətindən də istifadə olunub. Ağrıları aradan qaldırmaq, əzələlərdən və oynaqlardan gərginliyi azaltmaq üçün üsullar axtarılıb. Amma az adam bilir ki, qaraçılar revmatizm və ya hər hansı bir xəstəliyin müalicəsində ayılardan istifadə edirdilər.

Tarixin foto-arxivində qalan şəkillərdən də görünür ki, qaraçı millətindən olan kişi, bir qadının kürəyini ayı vasitəsi ilə müalicə edir.

Şəkil 1946-cı ildə Rumıniyada çəkilib.

Müəllif: Şiraslan Vəliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB