Dünyamızın başqa bir kiçik Ayı ola bilər. Astronomlar son üç ildə dünyamızın orbitində yeni bir peykin olduğunu kəşf ediblər. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
15 Fevralda kəşf edilən bu göy cisiminin, sadəcə bir avtomobil böyüklüyündə olan və planetimizin cazibə qüvvəsi ilə tutulan adi bir asteroid olduğu düşünülür.
3,5 metrlik bu kiçik peyk NASA tərəfindən maliyyələşdirilən Catalina Sky Survey layihəsi çərçivəsində Kacper Wierzchos və Teddy Pruyne adlı iki nəfər tərəfindən kəşf edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB