Alimlər ömrü uzatmaq yolunu açıqlayıb

Elm adamları hansı sadə bir hərəkətin ömrü bir neçə il uzadacağını müəyyən ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "EurekAlert" portalı məlumat yayıb.

Məlumata görə, Bostondakı Brigham Qadın Xəstəxanasının alimləri sadə bir hərəkətin ömrü neçə il uzada biləcəyini müəyyənləşdiriblər. Tədqiqatçıların fikrincə, yaşlı insanlarda qan təzyiqinə nəzarət etmək lazımdır. Alimlər təcrübə nəticəsində öyrəndikləri kimi, təzyiqin daimi monitorinqi yaşdan asılı olaraq altı aydan üç ilədək ömrü uzadır.

Alimlər hansı yaşda müntəzəm olaraq təzyiq göstəricilərini izləməyə başlamaq lazım olduğu barədə məlumat verməyiblər, amma araşdırmanın 50 yaşdan yuxarı insanları əhatə etdiyi məlumdur. Eyni zamanda, həkimlər bu cür nəticələrin yalnız həyatın sonuna qədər mütəmadi olaraq nəzarət etdiyiniz təqdirdə əldə edilə biləcəyini qeyd ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə