Arxeoloqlar qədim şəhər aşkar ediblər

Antik dövrə aid şəhər Çikaqo Şərq İnstitutunun arxeoloqları tərəfindən aşkar edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə phys.org saytına daxil olan məlumatda bildirilib.

Elm adamları Türkiyənin cənubundakı, Türkmən-Karaxoyuk adlanan ərazidə araşdırma aparıblar. Orada, suvarma kanalında bölgədə Tunc və Dəmir dövründə geniş yayılmış Luvian dilində yazıları olan böyük bir daş lövhə tapıblar. Lövhədəki mətndə Hartapın Friqiya üzərində qələbəsi bildirilir. Bu daş çərçivədə Türkmən-Harayuk həmin əsrarəngiz səltənətin paytaxtı adlandırılır.
Həmçinin, arxeoloqlar təqribən 1,2 kvadrat kilometr ərazini əhatə edən kiçik bir şəhərin xarabalıqlarını da tapıblar. Eyni zamanda, tədqiqatçılar onun hansı qədim dövrə mənsub olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Artıq qazıntıların davamı planlaşdırılır, hansıki bu qazıntılar yeni sarayların, evlərin və digər abidələrin tapılmasına kömək səbəb ola bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə