Xərçəngə qarşı mübarizədə yenilik - MARAQLI

Xərçəngə qarşı mübarizədə yenilik - MARAQLI

Glioblastomalar amansız, müalicəsi çətin və ölümcül beyin şişləridir. Yale Universitetinin alimləri xərçəng xəstəliyinin ən çətin sağalan, daha doğrusu sağalması mümkün olmayan beyin şişi xərçəngini müalicə etmək üçün unikal metoda əl atıblar. Maraqlı burasıdır ki, alimlər Ebola virusundan bu dəfə xərçəngə qarşı istifadə ediblər. Universitetin neyrocərrahiyyə kafedrasının professoru Entoni van den Pol qeyd edib ki, bu bir ironyadır, dünyadakı ən ölümcül viruslardan biri ölümcül beyin xərçənginin müalicəsində faydalı ola bilər.

Neyrocərrah bildirib ki, normal hüceyrələrdən fərqli olaraq, xərçəng hüceyrələrinin böyük bir hissəsi viruslar kimi işğalçılara qarşı bir immun qabiliyyətinə sahib deyil. Bu, xərçəng tədqiqatçılarının, müxtəlif xərçənglərlə mübarizə üçün virusların istifadəsini araşdırmasına səbəb olub.

‘‘Viruslardan istifadə açıq bir risk daşıyır və bu viruslar potensial təhlükəli infeksiyalara səbəb ola bilər. Bu problemlə üzləşməmək üçün elm adamları, o cümlədən Van den Pol kimyer viruslarını və çox sayda virusdan əmələ gələn bir gen birləşməsini yaradıb və test ediblər. Bu testlərin nəticəsində müəyyən olunub ki, bu hüceyrələr xəstələrə zərər vermədən xərçəng hüceyrələrini hədəf almağa qadirdirlər.‘‘

Tədqiqatın ilk müəllifi, Yale şəhərindən olan Xue Zhang Ebola virusunun tərkib hissəsindən biri olan qlikoproteindən istifadə edib. Vəhşi tipli Ebola virusunda MLD ebolanın immunitet sistemindən gizlənməsində rol oynayır. Təcrübə zamanı kimerik virusu glioblastoma ilə siçanların beyninə yeridilib və MLD-nin ölümcül glioblastoma beyin şişlərini seçərək hədəf alıb və onu öldürməyə kömək etdiyini aşkarlanıb.

Van den Pol MLD-nin faydalı təsirinin normal hüceyrələri infeksiyadan qoruduğunu, ancaq patogenlərə qarşı immuniteti gücləndirə bilməyən xərçəng hüceyrələrini tapdığını söyləyib.

O vurğulayıb ki, glikoprotein MLD olan virusun az sürətlə yayılması və potensial olaraq glikoproteinin MLD hissəsi olmadan viruslardan daha etibarlı olması əsas amil sayıla bilər.

Neyrocərrah nəzəriyyədə belə bir virusun glioblastoma şişlərini aradan qaldırmaq və xərçəngin təkrarlanmasının qarşısını almaq üçün əməliyyatla birlikdə istifadə edilə biləcəyini söyləyib.

Aytən Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə