10 yaşlı uşaq son beş ay ərzində 250 kitab oxuyub

Türkiyə mətbuatında son zamanlar ən çox adı çəkilənlər arasında on yaşlı Atakan Kayalar da var.

SİA xəbər verir ki, dördüncü sinif şagirdi olan bu uşaq son beş ay ərzində 250 kitab oxuyub. Maraq dairəsinə yaxın kitabların fəlsəfə, fizika, riyaziyyat, iqtisadiyyat və biznesin idarə edilməsi sahəsində olduğunu deyən Atakan jurnalistlərin “Böyüyəndə nə olmaq istəyirsən?” sualına “Prezident”-deyə cavab verib.

Məktəblinin, eyni zamanda çox gözəl şahmat oynadığını bildirən Türkiyə Şahmat Federasiyasının əməkdaşı Atakanın bu idman növü üzrə dünya çempionu ola biləcəyini, onun həmyaşıdlarından zehni cəhətdən əhəmiyyətli dərəcədə fərqləndiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...