Yaddaşı və zehni inkişafı artırmağın yolları DİQQƏT

1. Düzgün qidalanma
Ana südündən sonra əlavə qidaya keçid başlayır. Uşaqlar sağlam qidalanmalıdır. Uşaqların inkişaf dövründə balıq, rəngli tərəvəzlər, yumurta, ət və vitaminlə zəngin olan meyvələr, süd, qatıq kimi yaddaşa və zehnə müsbət təsir edən qidalara üstünlük verilməlidir.

2. Sağlam yuxu
Yuxu böyüklərdə olduğu kimi uşaqlar üçün də çox vacibdir. Körpəlikdən etibarən sağlam və kəsintisiz yuxuya sahib olmaq lazımdır. Yuxu uşağın inkişafına çox təsir edir.

3. Yaddaş və zehni inkişaf etdirən oyunlar
Oyun uşaqların ən sevdiyi fəaliyyət növüdür. Oyuncaqlar və oyunlar da uşaqların inkişafına müsbət təsir etməlidir. Uşağın yaş dövrünə uyğun pazl, şahmat, test kimi oyunları seçə bilərsiniz.

4. İdman
Zehni inkişaf təsir edən digər faktor idmandır. İdman etmək, hərəkət etmək sinaptik əlaqələrin inkişafında böyük rol oynayır. Uşaqlar kiçik yaşlardan etibarən idmanla məşğul olmalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə