Bibliya qeydlərinə zidd məbəd tapıldı

Yerusəlimə yaxın bir yerdə, Tel-Mohada bibliya qeydlərinə zidd olan bir məbəd qazılaraq tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Təl-Əviv Universitetinin saytında məlumat yayılıb.

Hesab olunur ki, inzibati mərkəz olan və İncildə bəhs edilən Moha şəhəri bu ərazilərdə yerləşib.
Məbədin içərisində aparılan qazıntılardan sonra aşkar olunan artefaktlar, həqiqətən də, buranın Dəmir dövrünün monumental bir məbəd kompleksi olduğunu təsdiqləyir. Lakin belə bir tapıntı Hizqiya və Yoşiya padşahlarının islahatlarını təsvir edən Müqəddəs Kitabla uyğun gəlmir.
Mütəxəssislər həqiqətən bir monumental məbədin Yerusəlimdən kənarda mövcud olması barədə sual verirlər. Tədqiqatlar məbədin qədim dini ənənələrə uyğun olduğunu göstərir.
"Tel-Mohadaki məbədin əvvəlcə kiçik bir qrup yerli sakinlərin təşəbbüsü ilə qurulduğunu güman edirik. Bəlkə bunun üçün bir neçə ailə, bəlkə də bir neçə kənd birləşib. Taxıl istehsalını artırmaq və məhsuldarlığı artırmaq üçün belə ediblər", deyə tədqiqatçılar yazırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...