Dırnaq boyanıza sarımsaq əlavə edin
Bunun üçün 1 diş sarımsaq və rəngsiz dırnaq boyasına ehtiyacınız var. Sarımsağı soyub əzin. Sarımsağı dırnaq boyasının şüşəsinin içinə əlavə edin. Dırnaqlarınıza çəkin. Manikürün qaldığı müddətdə dırnağınızda qalsın. Bu olduqca bəsit, ancaq dırnaq boyasını sildikdən sonra təkrarlaya biləcəyiniz seçimdir.

Sarımsaqlı su
Evdə manikür seansı edərkən, dırnaqlarınızı bir miqdar sarımsaqla qidalandırmağa başlayın. Qabığı varsa, sarımsağın qabığını soyduqdan sonra iki diş sarımsağı kəsin və 1 kasa suya qoyun. 15 və ya 20 dəqiqə gözləyin. Sarımsağı sudan çıxarın və 15 dəqiqə əllərinizi suda saxlayın. Əllərinizi yuyaraq normal manikürə davam edə bilərsiniz. Sarımsaq 15 dəqiqəyə vəzifəsini yerinə yetirəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə