Dünyanı 30 dəqiqəyə məhv edə bilərlər FOTO-ARAŞDIRMA

Dünyanı 30 dəqiqəyə məhv edə bilərlər FOTO-ARAŞDIRMA

"National Interest" jurnalı dünyanı 30 dəqiqə ərzində məhv edə biləcək beş sualtı qayıqın siyahısını açıqlayıb. SİA xəbər verir ki, həmin sualtı qayıqlardan üçü Rusiyaya, ikisi ABŞ-a aiddir.

Həmin sualtı qayıqların layihə planlarını və xüsusiyyətlərini araşdırdıq. Tezliklə istifadəyə veriləcək atom sualtı qayıqları o qədər güclüdür ki, hətta şəhər ölçüsündəki bir hədəfi radioaktiv külə çevirə bilər. Hətta III Dünya Müharibəsi başlasa bu silahların köməyi ilə bütün dünyanı bir anda məhv edib müharibəyə son qoymaq olar.

İlk növbədə gücünə görə diqqəti cəlb edən "955" layihəsi çərçivəsində istehsal edilən "Borey" və ya "Borei" sualtı atom qayığı "dünyanın ən sakit ballistik sualtı raket gəmisi" olaraq xarakterizə edilir.

Siyahıda gücünə görə ikinci sırada qərar tutan sualtı atom qayığı isə "667BDRM" layihəsinin məhsulu "Dolphin" sualtı qayıqdır.

Siyahıda 3-cü yerdə qərar tutan sualtı qayıq isə "885M" layihəsinin məhsulu olan "Yasen-M" sualtı qayığıdır.

Belə ki, bu sualtı qayıq ABŞ-ın şərq sahillərinə qədər irəliləyə və Böyük Göllər ərazisindən bu məsafədəki hədəfləri məhv edə bilər.

Siyahıda ABŞ-a məxsus sualtı qayıqlara isə 2031-ci ildə istifadəyə verilməsi planlaşdırılan "Ohio" və "Columbia" sualtı qayıqları var.

"Ohio" sualtı qayığı hazırlanmağa başladığı dövrdən bu günə qədər Amerika hökumətinə təxminən 3 milyon dollara başa gəlib.

Nəhayət "Columbia" sualtı qayığı da "Ohio" sualtı qayığını ərsəyə gətirən layihə rəhbərləri tərəfindən hazırlanıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə