Mobil telefon vasitəsilə Facebook sosial şəbəkəsinə daxil olanların sayı 250 milyona çatıb

Mobil telefon vasitəsilə Facebook sosial şəbəkəsinə daxil olanların sayı 250 milyona çatıb
Mobil telefon vasitəsilə Facebook sosial şəbəkəsinə daxil olanların sayı bir ayda 250 milyona çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu TechCrunch texnobloq tərəfindən araşdırılıb. Bir il müddətində Facebook şəbəkəsinin auditoriyası təxminən yarım dəfə artıb. Fevral ayının məlumatlarına görə, sosial şəbəkədə 100 milyon insan mobil telefonların köməyi ilə ünsiyyət qurub.

TechCrunch həmçinin qeyd edir ki, şəbəkənin adi telefon versiyası ilə smartfonlar üçün olan versiyası birləşdiriləcək.
Qeyd edək ki, Facebook dünyada ən məşhur sosial şəbəkələrdən sayılır. Həmin şəbəkədə təxminən 600 milyon insan qeydiyyatdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə