Aviasiya tarixindəki son 10 ildə ən böyük qəzalar - ARAŞDIRMA -FOTOLAR
2000-ci illərdə artan hava nəqliyyat qəzaları son 10 ilin hesabatına görə, 2018 ən yüksək ölümlə nəticələnən il kimi qeyd edilib, 2017-ci il isə ən təhlükəsiz il olub. 2018-ci ildə 15 təyyarə qəzasında 556 nəfər ölüb. Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin məlumatlarına görə, bu il 37 milyon 800 min səyahət edilib, qəza səviyyəsi isə hər 2.54 milyon bir olub. Qlobal Hava Nəqliyyatının verdiyi məlumata görə, 2017-ci il qeydlərin aparıldığı 1946-cı ildən bəri ən təhlükəsiz il olaraq diqqəti cəlb edib. Bu il 10 təyyarə qəzasında 44 nəfər həyatını itirib. SİA-nın araşdırmasına görə,
Son 10 ildə təyyarə qəzaları və mülki ölümlər belə olub
2019-cu ildə iri kommersiya təyyarələri də daxil olmaqla 86 qəza baş verib, 257 nəfər ölüb. Dünyada sərnişin təyyarələri də daxil olmaqla, 2019-cu ildə hər 5.58 milyon uçuşdan birində ölümcül qəza baş verib. Aviasiya Təhlükəsizlik Şəbəkəsinin verdiyi açıqlamada 2019-cu ilin "ticarət aviasiyası üçün ən təhlükəsiz illərdən biri" olduğu bildirilib.
2018-ci ildə 15 təyyarə qəzasında 556 nəfər ölüb. Oktyabrın 29-da Malayziyadan yola çıxan Lion Air magistralında olan təyyarədə 189 nəfər ölüb. Qəzanın səbəbləri hələ tapılmır.
2017-ci ildə 10 təyyarə qəzasında 44 nəfər ölüb. Bu aspekti ilə 2017, təyyarə qəzalarında ən az can itkisinin baş verdiyi il olub. Ən ölümcül qəza ilin son günündə baş verib. 31 dekabr 2018-ci il tarixində bir turizm təyyarəsinin qəzaya uğraması nəticəsində 12 sərnişin ölüb.
2016-cı ildə 19 ölümcül qəzada 325 nəfər ölüb. Ən ölümcül qəza Kolumbiya sərhədləri daxilində baş verib və ümumilikdə 76 nəfər ölüb. Bu qəzanı unudulmaz edən şey, Braziliya 1-ci Liqa komandası olan Chapecoense komandasının futbolçularını aparması olub. Qəzada 2 nəfər futbolçu olmaqla 5 nəfər xilas edilib. Braziliyada 3 günlük milli matəm elan edilib.
2015-ci ildə 16 təyyarə qəzasında 560 sərnişin həyatını itirib. Təyyarələr eniş və ya uçuş zamanı heç vaxt qəzaya uğramamış olsa da, bütün ölümcül hadisələr təyyarələrin müntəzəm marşrutu üzrə baş verib. Bu il ən ölümcül qəza Misir sahillərində baş verib. 31 oktyabrda təyyarənin havaya qalxmasından qısa müddət sonra qəzanın baş verməsi ilə 224 sərnişin və ekipaj həlak olub.
2014-cü il son 10 ildə aviasiya tarixinin ən ölümcül dövrü olub. Ümumilikdə 21 qəzada 990 nəfər dünyasını dəyişib. Ən ölümcül qəza 17 iyul 2014-cü ildə Ukrayna sərhədləri daxilində baş verib.Hollandiyadan havaya qalxan Malayzia Havayollarına aid təyyarədə 298 nəfər həyatını itirib. Qərb ölkələri və Ukrayna, təyyarəni Rusiyapərəst silahlı qrupların qəzaya uğratdığnı açıqlayıb.
2013-cü ildə yaşanan 29 ölümcül qəzada 265 nəfər ölüb. Diqqətə çatdırılıb ki, bu qəzalardan 17-nin təyyarənin uçuş-enmə zolağına enməsi zamanı baş verib. Ən ölümcül qəza Rusiyada baş verib. 17 noyabr 2013-cü ildə baş verən qəzada 50 nəfər ölüb. Həmin ilin oktyabrında Laosda baş verən qəzada 49 nəfər ölüb.
2012-ci ildə verilən hesabatda son 10 ilin ağır dövrlərindən birinin şahidi olunub. Bu il ərzində 23 ölümcül qəzada 477 nəfər ölüb. Ən ölümcül iki qəza Nigeriya və Pakistanda meydana gəlib. Bu iki qəzada sıra ilə 153 və 127 nəfər olmaqla cəmi 280 nəfər həlak olub. 2011-ci ildə cəmi 28 ölümcül qəza baş verib. Ümumilikdə 507 nəfər ölsə də, ən ölümcül qəzalar Konqo Demokratik Respublikasında və İranda baş verib. Hər iki qəzada cəmi 154 nəfər həyatını itirib. 2010-cu ilin hesabatında da ölü sayının çox olması ilə əlamətdar bir mövsüm olub. Ümumilikdə 29 ölümcül qəzada 831 nəfər ölüb. Bu il ölümcül qəzaların təxminən 20 faizi Afrika qitəsində baş verib.
2009-cu ildə ümumilikdə 32 ölümcül qəza baş verib. Bu qəzalarda cəmi 763 nəfər ölüb.
2008-ci ildə ümumilikdə 35 qəza baş verib. Bu qəzalarda 595 nəfər həyatını itirib.
Mülki aviasiya tarixinin ən ölümcül illəri 1972 və 1973-cü illər
Mülki aviasiya tarixinin ən ölümcül illəri müvafiq olaraq 1972, 1973 və 1985-ci illər olub. 1972-ci ildə baş verən 73 ölümcül qəzada cəmi 2.855 nəfər ölüb, bu rəqəm 1973-cü ildə 2 min 31nəfər, 1985-ci ildə isə 2 min 10 nəfər olub.
Tarixdəki ən ölümcül mülki aviasiya qəzası 1977-ci ildə baş verib. Martın 27-də Kanar adalarında iki sərnişin təyyarəsinin toqquşması nəticəsində 583 nəfər ölüb. Tarixdəki ikinci ən ölümcül qəza Yaponiyada daxili uçuşda olub. 12 Avqust 1985-ci ildə Boeing 747 təyyarəsi dağa çırpılması nəticəsində 520 nəfər ölüb.
12 noyabr 1996-cı ildə Hindistanın Yeni Delhi Səudiyyə Ərəbistanı Hava Yolları və Qazaxıstan Hava Yollarına məxsus iki sərnişin təyyarəsinin toqquşması nəticəsində 349 nəfər ölüb.
Ən etibarlı illər 2017, 2015 və 2013-cü illər olub
Statistikaya baxdıqda, qlobal hava nəqliyyatı baxımından qeydlərin aparıldığı 1946-cı ildən bəri qəzaların vaxtaşırı azaldığı diqqət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə