Kosmik gəmi qayıdır

Soyuz MS-13 kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan çıxaraq yerə qayıdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə agentliyin Uçuşların İdarəetmə Mərkəzindəki müxbiri məlumat verib.

Məlumata görə, rusiyalı Aleksandr Skvortsov, amerikalı Kristina Kuk və italiyalı Luka Parmitano ilə birlikdə "Soyuz MS-13" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan çıxaraq yerə tərəf geri dönüb.

Kosmik kapsulun Moskva vaxtı ilə 12:13-də Qazaxıstanın Jezkazqan şəhərindən 147 kilometr cənub-şərqdə enməsi gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə