Alimlər ilk dinozavrlarla eyni dövrdə yaşayan sürünənlərin bilinməyən növlərini aşkara çıxarıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ferbanksdakı Alyaska Universitetinin alimləri təyin ediblər ki, 2011-ci ildə Alyaskanın cənub-şərqində aşkar olunan sürünən qalıqların əvvəllər bilinməyən növlərə aid olub və araşdırma 200 milyon il əvvəl yaşamış talattozavrlar üzərində aparılıb.
Elmi hesabatlarda yeni növ "Günakadeit joseae" adlandırılıb. Dəniz sürünənləri özlərinin uzaq qohumları olan dinozavrlar ilə eyni vaxtda yaşayıblar. Talattozavrlar planetin ekvatorial okeanlarında yaşayıblar və uzunluqları dörd metrə çatıb.
Tədqiqat müəlliflərindən biri olan Patrik Drakenmillerin dediyinə görə, sürünən kəskin burunlarını qayaların çatlarına yapışdırıb və yumşaq orqanizmlərlə qidalanıb. Qeyd olunub ki, bu növ dəniz səviyyəsinin aşağı düşməsi və qida zəncirinin pozulması, nəticədə qida çatışmazlığı səbəbindən məhv olub.
Həmçinin vurğulanır ki, bu tapınrı Şimali Amerikada indiyə qədər tapılan ən bütöv talattozavr skletidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB