Elm adamları bioloji dəri çap edən 3D printer ixtira ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, dərini çap edə bilən əl çapı printerini Toronto Universitetinin Kanadalı alimləri ixtira ediblər.
Yeni ixtira yanıqları olan xəstələri müalicə edən klinikaların işinə köməklik edəcək.
"Bir qayda olaraq, dəri yanıqları olan insana təcili dəri köçürülməsinə ehtiyac duyulur ki, bu zaman donor materialı xəstəxanada olmaya da bilər. Belə olan halda dərini çap etmək üçün kiçik bir printer çox faydalı olacaq", deyə tədqiqatın müəllifləri bildiriblər.
Elm adamları indiyə qədər printeri həm xarici, həm də daxili təbəqələrdə yanıqlar olan donuz dərisində sınaqdan keçiriblər. Hal hazırda dəri printeri eksperimental avadanlıq kimi təklif olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB