Onkoloq Stiv Cobsun xərçəng xəstəliyindən xilas olmama və ölüm səbəbini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, onkoloq David Aqus, Forbes jurnalına “Apple”ın qurucusu Steve Jobsun niyə müalicə ilə xilas edilə bilmədiyini açıqlayıb.
Həkimin sözlərinə görə, Jobs əməliyyatdan imtina edib və alternativ müalicə metoduna müraciət etmək qərarına gəlib. Aqusa görə, sahibkarın məsləhətləşdiyi həkimlər ona əməliyyat yox, qidalanma terapiyası tövsiyə ediblər. Nəticədə xərçəng hüceyrələri bütün bədənə yayılıb ki, bu həkimlərin səhvi olub.
Həkim gündəlik olaraq kiçik bir doza, 75 miliqram aspirin qəbul etməyi də tövsiyə edib. Onun fikrincə, bu xərçəngin inkişaf riskini 46% azaldır.
Aqus müntəzəm tibbi müayinələri xərçəngin qarşısını almağın təsirli bir yolu adlandırıb.
Xatırladırıq ki, “Apple” şirkətinin qurucusu Steve Cobs 5 oktyabr 2011-ci il tarixində, 56 yaşında mədəaltı vəzi xərçəngindən vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB