Qocalıq xəstəlik deyil, bir imtiyazdır, hüquqdur.
SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Roma Papası Fransisk beynəlxalq konqres iştirakçılarına müraciətdə deyib. Bildirib ki, qocalığın arxasında uzun illərin təcrübəsi, peşəkarlığı dayanır.
“XXI əsrdə qocalıq bəşəriyyətin fərqləndirici xüsusiyyətlərindən birinə çevrilib. Əvvəllər dünyadakı bütün yaşlıları bir kiçik dövlətdə yerləşdirmək mümkün idisə, bu gün onların sayı o qədər çoxdur ki, bütün materik çətin ki, kifayət edər. Yaşlıların bu qədər çox olması cəmiyyətdə bir yenilikdir. Qocalara hörmət edilməli, onların təcrübəsindən öyrənilməlidir”, - deyə Fransisk bildirib.
Roma Papası Müqəddəs Kitabda uzunömürlülüyün bir nemət olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB