Viruslarla mübarizənin yeni yolu tapıldı

Viruslarla mübarizənin yeni yolu tapıldı

Alimlər viruslarla mübarizə üçün yeni bir yol tapıblar. SİA TASS agentliyinə istinadən xəbər verir ki, Cenevrə Universitetinin mütəxəssisləri, İngilis həmkarları ilə birlikdə, şəkər əsaslı dərmanların viruslara çarə olduğunu söyləyib.

Alimlərin fikrincə bu dərmanlar hətta yeni bir növ koronavirusun öhdəsindən də gələ bilərlər.

Qeyd olunur ki, şəkər əsaslı dərmanlar qrip və Eboladan tutmuş yeni növ koronavirusa qədər bütün virus infeksiyaları ilə mübarizə aparmaqda həkimlərə kömək edə bilər. Cenevrə Universitetinin mütəxəssisləri, İngilis həmkarları ilə birlikdə "çoxsaylı virusları, xüsusən də tənəffüs və herpetik infeksiyaya səbəb olanları sadə təmas yolu ilə məhv etməyə imkan verən dəyişdirilmiş şəkər molekullarını aşkar etdiklərini bildiriblər. Elm adamları "Science Advances" jurnalında apardıqları araşdırmalar barədə məlumat veriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə