Epidemiyanın səbəbi nədir? - ARAŞDIRMA -FOTOLAR

Epidemiyanın səbəbi nədir? - ARAŞDIRMA -FOTOLAR

Çin qida mədəniyyəti dedikdə, “Stoldan başqa dörd ayaqlı hər şey, gəmidən başqa üzən hər şey və təyyarədən başqa uçan hər şeyi ye” kimi bir anlayış var. SİA-nın araşdırmalarına görə, sivilizasiya tarixində bir çox epidemiyaların Asiyadan qaynaqlandığının təsadüfi olmadığı, vəhşi heyvanlarda hələ də müasir tibb tərəfindən təyin olunmayan 1,7 milyon virusun olduğu bildirilir.

Bəs həqiqətən Çində hansı heyvanlar yeyilir? Araşdırmağa koronavirusun başlanğıc mərkəzi olan Uhandakı Huanan balıq bazarından başlayaq. Burada müxtəlif ekzotik vəhşi canlı növləri satılır. Onların arasında ağlasığmaz dərəcədə qəribə körpə canavar və müşk pişiyi kimi canlılar var. Məsələn, əvvəlki “Şiddətli Kəskin Tənəffüs Sindromu” olaraq təsnif edilən SARS virusu müşk pişiyi ilə əlaqələndirilib. Bundan əvvəl, 2002-2003-cü illərdə yüzlərlə insanın ölümünə səbəb olan SARS virusu da yarasalarla əlaqələndirilmişdi. Alimlər hesab edirlər ki, virusa əvvəlcə pişiklər yoluxub, sonra isə pişikləri yeyən insanlar həmin xəstəliyə yoluxub.

Ağılasığmaz bazar

Bazardakı qəssablarda toyuq, qoyun, donuz, dovşan, it, tülkü, ceyran, timsah, nəhəng salamander, ilan, siçovul, dağsiçanı, tovuzquşu, dəvəquşu, kirpi, qunduz, porsuq, yarasa, koala, eşşək və dəvə kimi 112 müxtəlif ət mövcuddur. Ancaq bu rəqəm demək olar ki, bütün ölkədə yeyilən dəniz canlılarını saymaq üçün kifayət deyil.
Bu qəssabların veb saytlarındakı satılan məhsullarla bağlı reklamlarda "Təzə kəsilmiş və dondurulmuş, evinizə qədər çatdırılma" kimi ifadələr mövcuddur. Bu qida məhsulları arasında, xüsusilə yarasalar və siçovullar haqqında sağlamlığınız üçün xeyirlidir kimi iddialar Çində olduqca yayılıb, lakin bu iddiaları təsdiqləyən heç bir elmi dəlil yoxdur.



Fərqli mədəni zövqlər

Əqrəb kimi bəzi zəhərli və ölümcül canlılara əlavə olaraq, müxtəlif mədəniyyətlərə impulsiv ola biləcək heyvan orqanlarını və məhsulları əlavə etmək mümkündür. Qərb, Orta Şərq və Uzaq Şərq mətbəxləri fərqli zövqlərin inkişafına səbəb ola bilər, amma bu zaman unutmamalıyıq ki, hər mədəniyyətdə başqa bir mədəniyyətə qəribə gələ biləcək qidalar var. Məsələn, uzaq coğrafiyalardakı fərqli mədəniyyətlərdən olan insanlar, ilbiz, tarakan, heyvan beyni, və ya bu kimi yeməkləri çox cəlbedici variant kimi görə bilməzlər.

Qadağalar yetəri qədər deyil

Çin hakimiyyəti bəzi növlərin ovlanması və satışını qadağan etmək qərarına gəlib və bəzi növlərin ticarəti üçün xüsusi lisenziyalar tələb olunur, lakin xüsusilə yüksək iqtisadi gəliri olan növlər üçün qaydalar olduqca sərbəstdir və sanksiyalar kifayət deyil. Məsələn Çin əvvəllər müşk pişiyinin istehlakını qadağan etmək qərarına gəlib, lakin ticarət yenə də davam edib.

Huanan bazarında və digər bazarlarda heyvan satışı karantin başlandığı günə qədər eyni şəkildə davam edib və ilkin tədbirlərin görülməsinin çox gec olduğu bildirilib. 2019 Novel Koronavirus (2019-nCov) adı ilə tanınan virusun ən erkən formasına da elə yoluxan ilk insanlar bazarda işləyən insanlar olub.

Yeni virusların 70 faizi vəhşi təbiətdən qaynaqlanır

Vəhşi heyvanların satıldığı bazarlar əvvəllər heç qarşılaşmadığımız virusların yaranması üçün unikal bir mühit təmin edir. Resursları yalnız yeni virusları aşkar etmək üçün xərcləmək kifayət deyil. Daha vacib olanı, bu virusların təbii mühitdən necə formalaşdığını, hansı səbəblərə görə mutasiya etdiklərini və fərqli növlərə ötürdüklərini, maddələr mübadiləsini necə sürətləndirdiklərini və yayılma müddətlərinin hansı şəkildə baş verdiyini öyrənməliyik.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə