ABŞ-ın Meksika sərhəddində qaçaqmalçıların istifadə etdiyi ən uzun tuneli tapılıb. Meksikanın Tijuana şəhərindəki bir sənaye bölgəsini Kaliforniyanın San Dieqo şəhəri ilə birləşdirən tunelin uzunluğunun 3013 metr olduğu bildirilib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Tunel 14 futbol sahəsinin uzunluğuna bərabərdir.
14 futbol meydançasının uzunluğuna bərabər olduğu deyilən tunelin geniş dəmiryol sistemi, havalandırma, yüksək gərginlikli elektrik kabelləri, panellər, tunelin girişindəki bir lift və drenaj sistemi olduğu açıqlanıb.

Yerin təxminən 21 metr dərinliyində və 70 santimetr genişliyində olduğu bildirilən tuneldə hər hansı qaçaqmalçıya və narkotik maddəyə rast gəlinmədiyi deyilib. Tunelin isə San Dieqo şəhərinin hansı hissəsinə çıxışı olduğu gizli saxlanıb.

Xatırladaq ki, 2014-cü ildə San Diego şəhərində tapılan ikinci ən uzun tunelin uzunluğu 904 metr idi.
Səlahiyyətlilər, hansı kartelin tunel qura biləcəyi ilə bağlı heç bir məlumat paylaşmayıblar. Bununla yanaşı, iyul ayında bölgədə ABŞ-da ömürlük cəzaya məhkum edilən Guzman ləqəbli Çaponun dəstəsinin hegemonluq etdiyi də bilinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB