Günəşin indiyə qədər ən aydın çəkilmiş görüntüləri yayımlanıb -FOTOLAR

Günəşin indiyə qədər ən aydın çəkilmiş görüntüləri yayımlanıb -FOTOLAR

ABŞ-ın Virciniya əyalətində yerləşən federal araşdırma təşkilatının Milli Elm Fondu (NSF) Günəşin indiyə qədər ən aydın görüntüsünü yayımlayıb. ABŞ-ın Havay ştatındakı İnouye Günəş Teleskopu tərəfindən əldə edilən görüntülərdə Günəşin nizamsız səthi və səthindəki maqnetik partlayışlar ətraflı şəkildə görülür. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Rəsmilər, dünyanın ən böyük günəş teleskopunun 4 metrlik güzgüsü ilə çəkilən görüntülərin günəş elmini və Günəşin planetimizə təsirini anlamaqda əlverişli şərait yaradacağını söyləyirlər.

Teleskop bizə günəş fırtınalarını daha yaxşı təxmin etməyə kömək edəcək

Bu teleskop bizə günəş fırtınalarını daha yaxşı proqnozlaşdırmağa kömək edəcək. NSF direktoru France Kordovada verdiyi açıqlamada bildirib ki, İnouye Günəş teleskopu, Günəş partlayışının baş verdiyi yerdəki maqnit sahələrini, yer üzündə həyata necə təsir edəcəyini xəritə üzərində görə biləcək. Bu, kosmik havanı nəyin istiqamətləndirdiyinə dair anlayışımızı inkişaf etdirəcəkdir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə