Təhlükəli asteroid xəbərdarlığı

Potensial təhlükəli bir asteroid yer kürəsinə yaxınlaşır. SİA-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.
Məlumata əsasən, potensial təhlükəli asteroidin diametri 440 ilə 990 metrdir və 163373 nömrəli göy cismi 2020-ci ilin fevral ayında planetimizin yaxınlığından uçacaq.

Amerika agentliyinə görə, 15 fevralda asteroid yerə mümkün qədər yaxın olacaq və Yerdən Aya qədər olan məsafədən 15 dəfə daha uzaq məsafədən keçəcək.

Xatırladırıq ki, bu asteroid 1995-ci ilin oktyabrında kəşf edilib və yerin orbitini kəsən və potensial təhlükəli olan “Apollo” göy cisimləri qrupuna aiddir.

Asteroidin növbəti dəfə yerə yaxın məsafədən keçəcəyi 2075-ci ilə təsadüf edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə