3000 yaşlı mumiya, üçölçülü printer və səs... - MARAQLI -FOTOLAR

Elm adamları Qədim Misirdə Vaset şəhərində XI Ramsesin hakimiyyəti dövründə yaşayan Nesyamun adlı keşişin səs yolunu üçölçülü printerlə kopyalayaraq yenidən diriltməyə müvəffəq olduqlarını açıqlayıblar. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Tədqiqatçılar keşişin səs yolunun bir CT skaneri ilə fotoşəkilini əldə ediblər və sonra əldə etdikləri məlumatlar vasitəsilə üçölçülü printerdən istifadə edərək səs yolunu kopyalayıblar. İstifadə olunan texnologiyalar sayəsində tədqiqatçılar 'e' saiti kimi bir səs əldə etməyə müvəffəq olublar.

Tədqiqatçılar izah edib ki, dini rituallar, o cümlədən mahnı oxumaq üçün güclü bir səsə ehtiyacı olduğundan Nesyamun adlı keşişin, yumşaq toxumaların yaxşı qorunub saxlanması və bütöv olması sayəsində keşişin səsini canlandıra biliblər. Digər tərəfdən, tədqiqatçılar mumiyaların "obyekt" olaraq deyil, bir vaxtlar yaşayan insanların qalığı kimi qiymətləndirildiyini, Nesyamun adlı kahinlə "danışmağın" etik olub olmadığını da şübhə altına aldıqlarını söyləyiblər.

Ancaq tədqiqatçılar keşişin tabutunda tapdıqları yazıya görə kahinin istəyinin də səsinin yenidən eşidiləcəyini istəyəcəyini düşünüb və buna görə də onun səsini yenidən diriltdiklərini izah ediblər.

Bundan əlavə, "Scientific Reports" jurnalında yayımlanan araşdırmada mumiyanın canlandırılmış səsi verilib, Leeds Muzeyləri və Qalereyaları isə araşdırma zamanı mumiyanın xəstəxanadan olan şəklini paylaşıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə