Xərçəngin ölümcül mərhələsinin qarşısı alınır

Alimlər xərçəngin ölümcül mərhələsinin qarşısını almaq üçün artıq bir yol tapa biliblər. Xərçəng hüceyrələri lipidləri toplayır və beləliklə metastaza meylli olurlar və nəticədə xəstəliyin ölümcül mərhələsi olan ikincili şiş fokuslar ortaya çıxır. Bu prosesdə spesifik bir molekul əsas rol oynayır və onun qarşısının alınması metastazların yaranmasına mane olur. SİA MedicalXpressin yaydığı məlumata istinadən xəbər verir ki, belə bir kəşf Belçikanın Louvain Universitetinin Eksperimental və Klinik Tədqiqatlar İnstitutunun alimləri tərəfindən edilib.

Tədqiqatçılar, dəyişən böyümə faktorlu beta (TGF-beta2) adlanan bir birləşmənin lipid yığılması və xərçəng hüceyrələrinin aqressivləşməsində əsas rol oynadığını müəyyən ediblər. Məlum olub ki, bu iki proses bir-birini qarşılıqlı şəkildə gücləndirir. Lipidlər xərçəng hüceyrələrinin yayılması üçün istifadə edilən enerjini təmin edir. Yağ turşuları qüsurlu toxumalar üçün ölümcül şəraitdə də sağ qalmalarına kömək edir.

Əgər TGF-beta2 yatırıla bilərsə, bu şişlərin invazivliyini azaldar, beləliklə də metastazların yaranmasının qarşısını alar.

Həkimlərin dediyinə görə, xərçənglə mübarizə aparmaq üçün nəticədə hazırda klinik testlərdən keçən piylənməyə qarşı dərmanlardan biri təsirli ola bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...