Avropada ən çox avtomobil oğurluğu Lüksemburqda qeydə alınıb

Avropa İttifaqının (Aİ) statistika agentliyi - Avrostat 2015-2017-ci illərdə Aİ ölkələrində oğurlanan avtomobillərin sayını açıqlayıb. Məlumatda bildirilib ki, bu illərdə Aİ məkanında 697 min avtomobil oğurlanıb. Bu, 2008-2010-cu illərlə müqayisədə 29 faiz azdır. Həmin illərdə Aİ ölkələrində oğurlanan avtomobillərin sayı 983 min olub.

Qeyd olunub ki, 2015-2017-ci illərdə ən çox avtomobil oğurluğu Lüksemburqda qeydə alınıb. Bu ölkədə əhalinin hər 100 min nəfəri üzrə 328 oğurluq hadisəsi qeydə alınıb. Bu göstərici üzrə sonrakı iki pillədə Yunanıstan (269) və İtaliya (257) qərarlaşıb. Ən az avtomobil oğurluğu isə Danimarkada qeydə alınıb. Şimali Avropa ölkəsində əhalinin 100 min nəfəri üzrə cəmi 4 avtomobil oğurluğu hadisəsi baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...