Bu almaların çürüməməsinə səbəb nədir?

ABŞ-ın Vaşinqton ştatında yetişdirilən "Cosmic Crisp" növündən olan almalar bir ilədək adi soyuducuda çürümədən saxlanıla bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu almalar 2019-cu ilin dekabr ayının 1-də satışa çıxarılıb.

Bu almalar BİR İL ÇÜRÜMÜR - FOTO
1997-ci ildən onu yetişdirmək üçün çalışan Vaşinqton Universitetinin alimləri "Honeycrisp" və "Enterprise" növlərindən istifadə ediblər. Beləliklə, bu növün yaranmasına 22 il sərf edilib.

Qeyd edək ki, almaları yalnız Vaşinqton fermerləri yetişdirə bilər. Onlar bunun üçün 10 illik eksklüziv lisenziya alıblar.

Bu almalar BİR İL ÇÜRÜMÜR - FOTO
Artıq 12 milyon "Cosmic Crips" ağacı əkilib. Tədqiqat və dünya səviyyəsində istehsalı başlatmaq üçün 10 milyon dollar xərclənilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə