Dünyanın ən kiçik adamı vəfat edib

Nepal sakini, dünyada ən kiçik insan kimi tanınan Haqendra Tapa Maqar vəfat edib. Bu barədə Ginnesin “Rekordlar” kitabının saytında məlumat dərc olunub. Qeyd edilir ki, o, bu gün dünyasını dəyişib. Haqendra Tapa Maqarın 28 yaşında dünyasını dəyişdiyi bildirilir.

Onun boyu 67,08 santimetr idi. Məlumata görə, son zamanlar Haqendranın ürəyində problemlər yaranıb. Bundan başqa, o, astma və pnevmoniya xəstəliklərindən əziyyət çəkirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə