“Buz dövrü” yenidən gəlir- FOTO

“Buz dövrü” yenidən gəlir- FOTO
Balacalarla yanaşı böyüklərində rəğbətini qazanan "Buz dövrü"nün 4-cü hissəsi ekranlaşdırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Buz dövrü 4 - kontinental axın" ("Ice Age: Continental Drift") adlanan yeni ekran işinin Menni, Diyeqo və Sid adlı qəhrəmanları həyatlarının ən böyük macərasını kataklizm nəticəsində qitədən ayrıldıqdan sonra yaşayırlar. Dəstədən ayrılan dostlar, aysberqdən gəmi kimi istifadə edir və digərlərini tapmağa çalışırlar.

Menni və dostları qəhrəmanlıq göstərməyə və mümkün olmayan şeylər etməyə həvəslidirlər. Onlar qəribə dəniz məxluqları ilə qarşılaşır, yeni bir dünya ilə tanış olur və qorxunc dəniz quldurları ilə döyüşməli olurlar. Skratın öz lənətlənmiş qozunu yenidən tapması isə onu adi bir dələnin əvvəllər getmədiyi yerlərə aparır.

Amerika kinoistehsalçılarının məhsulu olan "Buz dövrü 4-kontinental axın" cizgi filminin rejissoru Stiv Martino, Mayk Trumeyerdir.

Komediya və macəra janrında ekranlaşdırılan animasiyanı Rey Romano, Con Lequizmo, Kuin Latifa, Denis Liri və başqaları səsləndiriblər.

Qeyd edək ki, "Buz dövrü: 4- kontinental axın" dünya ekranlarına 2012-ci ilin iyulun 4-də çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə